İŞİD-lə PKK arasında atışma başladı: ölənlər var

İŞİD-lə PKK arasında atışma başladı: ölənlər var

Suriyada İŞİD-lə PKK arasında atışma başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, İŞİD Hasekə şəhərində PKK-nın nəzarətindəki həbsxanaya hücum edib.

Məlumata görə, hücumda məqsəd binada məhkum həyatı yaşayan 5 min İŞİD üzvünü xilas etmək olub.

Əvvəlcə bomba yüklü avtomobil partladılıb, daha sonra qarşıdurma başlayıb. Bundan başqa, yaxınlıqdakı neft şirkətinə məxsus tankerlər də məhv edilib.

Qarşıdurma nəticəsində hər iki tərəf xeyli sayda itki verib. Hadisə zamanı çox sayda İŞİD terrorçusunun həbsxanadan qaçdığı deyilir.

Məlumata görə, mülki şəxslər də bölgəni tərk etməyə başlayıb.

Hazırda hücum edən İŞİD üzvləri ilə PKK arasında atışmanın davam etdiyi bildirilir.   /axar.az/


MANŞET XƏBƏRLƏRİ