Azərbaycanda yoluxma KƏSKİN ARTDI - FOTO

Azərbaycanda yoluxma KƏSKİN ARTDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.


MANŞET XƏBƏRLƏRİ