Sülhməramlılar Azərbaycandan icazə alıb Xankəndi sakinini İrəvana apardılar – FOTOLAR


Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin razılığı ilə Qarabağdan Ermənistana 17 yaşlı yeniyetmənin təcili sanitar təxliyyəsini həyata keçirib.
Turkustan.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, ötən gün 17 yaşlı Xankəndi şəhər sakini bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yeniyetmənin valideynləri İrəvandakı ixtisaslaşdırılmış xəstəxanaya təcili təxliyə üçün Rusiya sülhməramlı kontingentinə müraciət ediblər.
Mi-8AMTŞ ordu aviasiya helikopterində olan Rusiya sülhməramlı kontingentinin hərbi pilotları və həkimləri Xankəndidəki uşaq xəstəxanasının reanimasiya şöbəsində olan 17 yaşlı yeniyetməni təcili sanitar təxliyyəsini təmin ediblər. (yeniavaz.com)


MANŞET XƏBƏRLƏRİ