ABŞ Rusiyaya yazılı təminat verdi: sənəd niyə açıqlanmadı?


Ötən gün Cevevrədə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat konfransı keçirən Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərini "Vaşinqton Post" təsdiqləyib.

Turkustan.az xəbər verir ki, qəzet ABŞ-ın Rusiyaya təhlükəsizlik təminatı ilə bağlı yazılı cavabının yayılmamasını xahiş etdiyini bildirib.

"Amerikalı səlahiyyətli nümayəndə Rusiyadan sənədin gizli saxlanılmasını xahiş edib", - nəşr qeyd edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə Moskvanın sənədi ictimailəşdirə biləcəyini istisna etməyib. Buna səbəb isə S.Lavrovun görüşdən dərhal sonra belə bir sənədin verildiyini, ancaq məzmununun açıqlanmaması üçün qarşı tərəfin xahiş etdiyini bildirməsidir. (axar.az)


MANŞET XƏBƏRLƏRİ