Rusiya Hərbi Kosmik Qüvvələrinin Su-35S qırıcıları Belarusa göndərilib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Su-35 İttifaq Dövləti qüvvələrinin təliminə cəlb ediləcək.
Su-35-lər maksimum məsafəyə uçuş, Belarus aerodromlarına eniş, həmçinin belarus mütəxəssisləri ilə təkrar uçuşlara birgə hazırlıq işləri həyata keçirəcək.