SOCAR Ermənistanda zavod alıb? - Rəsmi açıqlama

SOCAR Ermənistanda zavod alıb? - Rəsmi açıqlama

SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.

Bununla bağlı şirkətdən Turkustan.az-a daxil olan məlumatda deyilir:

"Bu cür absurd iddialar heç SOCAR-ın miqyası ilə də uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkətdir, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür. Bizim hansısa vilayətdə olan bir bitum sexinə ehtiyacımız yoxdur. Ermənistanda isə ümumiyyətlə heç bir marağımız yoxdur".

Qeyd edək ki, erməni KİV-lərində SOCAR-ın Ermənistanda bitum zavodu alması ilə bağlı xəbərlər yayılıb.


MANŞET XƏBƏRLƏRİ