"Krım heç vaxt Ukraynaya qaytarılmayacaq" - Almaniya rəsmisindən İLGİNC AÇIQLAMA


Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Şonbaxın açıqlaması əməlli-başlı səs-küyə səbəb olub. 

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Kay-Açim Şonbax Krımın heç vaxt Ukraynaya qayıtmayacağını bildirib.

“Krım yarımadası yoxdur, o, heç vaxt geri qayıtmayacaq. Bu, faktdır” – vitse-admiral Şonbax Ukraynadakı vəziyyəti şərh edərkən deyib.

Vitse-admiral Gürcüstanın alyansa daxil olmaq üçün kriteriyalara cavab verdiyini deyib, lakin onun NATO-ya üzvlüyünün ağılsızlıq olacağını vurğulayıb.

O hesab edir ki, Hindistan və Almaniyanın ÇXR ilə qarşıdurması Rusiyaya lazımdır: “Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyanın ərazisinə çevrilib. Krım Respublikası seçicilərinin 96,77 faizi və Sevastopol sakinlərinin 95,6 faizi Rusiyaya birləşməyə səs verib. Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri demokratik şəkildə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq Rusiyaya birləşməyə səs veriblər. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi “nəhayət bağlanıb” – deyə Şonbax fikirlərini tamamlayıb.   /konkret.az/

 


MANŞET XƏBƏRLƏRİ