Süni qiymət artımı davam edir: Tibbi maskanın qiyməti bahalaşıb


Paytaxt ərazisində yerləşən köşklərdə insanların kütləvi istifadə elədiyi cərrahi maskaların qiyməti qalxıb.

Turkustan.azxəbər verir ki, əvvəllər 20-30 qəpiyə satılan maskalar indi 40 qəpiyə təklif olunur.

Paytaxtın Beynəlxalq Avtovağzal kompleksi, "20 Yanvar" və "İnşaatçılar" metrostansiyası yaxınlığında yerləşən köşklərdə yeni qiymətləri əks etdirən lövhələr də görmək mümkündür.

Xatırladaq ki, 2020-ci ilin yaz və yay aylarında Azərbaycanda bu maskaların pərakəndə satış qiyməti 30 qəpik təşkil edib.

Hazırda isə sözügedən maska apteklərdə 20 qəpiyə satılır.

Bildirək ki, pandemiya davam edir. Hazırda ölkəmizdə qapalı məkanlarda və ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir. Tibbi maskadan istifadə etməməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ