Tokayevdən oliqarxiyaya HÜCUM: "Ölkə sərvətinin yarıdan çoxu cəmi 162 nəfərindir"


Bu gün Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayev işadamları ilə görüşdə monopolist dairələrlə bağlı sərt açıqlamalar verib.

Turkustan.azxəbər verir ki, Tokayev deyib: "Hökumət müəyyən qrupların maraqları üçün deyil, xalqın maraqları üçün çalışmalıdır. Yaxşı dövlət idarəçiliyi sabit və səmimi olmalıdır". O, bu kontekstdə hökumətin və cəmiyyətin mənəvi standartlarının yüksəldilməli olduğunu vurğulayıb.
"Beynəlxalq ekspertlər, xüsusən də bəyan edib ki, Qazaxıstanın sərvətinin yarıdan çoxuna cəmi 162 nəfər sahibdir. Əhalinin yarısının aylıq gəliri 50 min tengedir. Bu, ildə cəmi 13.000 dollardır. Bu cür uçurum və bərabərsizlik təhlükəlidir. Vəziyyəti dəyişmək lazımdır. Sahibkarlar buna öz töhfələrini verə bilərlər" - prezident deyib.
"Mənim üçün dövlətin maraqları hər hansı münasibətdən üstündür. Lazım gələrsə, çox çətin bir qərar verməyə hazıram" deyən Tokayev "Biz səhifəni çevirib yeni Qazaxıstanın təməli olacaq yeni iqtisadi siyasətin qurulması üzərində birgə işə başlamalıyıq".
O vurğulayıb ki, yeni iqtisadi siyasətin əsas prinsipləri aşağıdakılardan ibarət olmalıdır:
• ədalətli rəqabət,
• qəbul edilən qərarların şəffaflığı,
• hökumət siyasətinin proqnozlaşdırılması,
• müəssisələrin vergi bütövlüyü,
• sahibkarların sosial məsuliyyəti.
Tokayev dövlət vəsaiti hesabına zənginləşmiş şəxslərə də üz tutub: "Əgər gələcəyinizi Qazaxıstanla bağlamaq istəyirsinizsə, pulunuzu ölkənizə yatırın. Bu, sizin Qazaxıstan qarşısında ictimai və siyasi məsuliyyətinizdir. "Burada qazanırıq, başqa yerə xərcləyirik" prinsipinə yol verilməyəcək. Ona görə də iş iki istiqamətdə aparılacaq: kapitalın qaytarılmasının stimullaşdırılması və vəsaitlərin ofşorlara axınının qarşısını almaq üçün maneələrin yaradılması".


MANŞET XƏBƏRLƏRİ