Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir

“Azeri Light”ın qiyməti 93 dollara yaxınlaşır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Turkustan.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,30 dollar azalaraq 87,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 86,90 dollar olub.

Azərbaycan nefti isə bahalaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar artaraq 92,89 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 9-da 92 dollardan baha (92,84) satılıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 20-də (92,49) qeydə alınmışdı.   /ayna.az/


MANŞET XƏBƏRLƏRİ