SON DƏQİQƏ: Paşinyan Azərbaycan sərhədlərindən ordunu çəkir


"Ermənistan hökuməti ordusunun bir hissəsini Azərbaycanla sərhəddən çəkməyi qərar alıb".

Turkustan.azxəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

Paşinyan bildirib ki, bu cür addımlar Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyinin nümayişi üçündür: "Proqramımız və planımız budur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tezliklə daha çox ərazidə silahlı qüvvələri əvəz etsin. Bu baxımdan sərhəd qoşunları artırılmalı və islahatlar aparılmalıdır".

Paşinyana görə, sərhədçilər hərbi deyil, sülh zonası sayılan ərazilərə görə məsuliyyət daşıyırlar.
Məlumat da o da bildirilir ki, hazırda erməni sərhədçilər yalnız Gürcüstanla sərhədi qoruyur. İran və Türkiyə ilə sərhəd Rusiya sərhədçilərinin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycanla sərhədə nəzarət edir.


MANŞET XƏBƏRLƏRİ