Nazarbayevin adı rus yazıçının adı ilə əvəzləndi – Qərar


Qazaxıstanın Almatı şəhərində birinci prezident Nursultan Nazarbayevin adını daşıyan prospektin adı dəyişdirilib.

Turkustan.az xəbər verir ki, Qazaxıstanın dövlət televiziyasının efirində "Nazarbayev" prospekti köhnə adı ilə – "Furmanov" adlandırılıb.

Xəbər süjeti antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar sözügedən prospektdə hərəkətin məhdudlaşdırılması ilə bağlı olub.

2017-ci ilə qədər Almatıdakı prospect sovet-rus yazıçısı, "Çapayev" romanının müəllifi Dmitri Furmanovun adını daşıyıb. 2017-ci ildə "Nazarbayev" adı verilib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ