67 ildir çimməyən kişini həkimlər müayinə etdi: Nəticə onları ŞOKA SALDI


67 ildir çiməməyin bəxt gətirəcəyinə inandığı üçün bir daha suya toxunmayan 87 yaşlı Amou Hadji adlı iranlı kişi həkim müayinəsindən keçib. Həkimlər kişinin sağlam olduğunu və immun sisteminin son dərəcə güclü olduğunu görəndə şoka düşüblər.

İranda yaşayan 87 yaşlı Amou Hadji adlı iranlı kişi düz 67 il əvvəl çimməyin bəxtsiz olduğunu düşünərək vanna qəbul etməyi dayandırıb. O gündən bəri suya dəyməyən Hacı maşınların vurduğu heyvanları yeyərək, yol kənarında gölməçə içərək sağ qalıb.

KƏNDLİLƏRİN DİQQƏTİNİ ÇƏKİB

Qocanın bu vəziyyəti kənd camaatının diqqətini çəkməyə başlayıb. Kənd camaatı yol kənarından götürdükləri adama daxma tikiblər. Daha sonra həkimlərə məlumat verilib.

HƏKİMLƏR HEYRƏTƏ DÜŞÜB

67 ildir vanna qəbul etməyən qocanı müayinə edən həkimlər gördüklərinə inana bilməyiblər. Çünki Amou Hadji adlı adamın tam sağlam olduğu ortaya çıxdı. Həm də Hacının immun sistemi adi insandan da güclü idi. Həkimlər kişinin immun sisteminin bu qədər canlı olmasını onun orqanizmindəki parazitlərlə əlaqələndiriblər.

Hacını müayinə edən həkim prof. Dr. Qulamrza Molavi qarşılaşdıqları vəziyyətdən təəccübləndiklərini, lakin hesabatlarda səhv olmayacağını bildirib. Amou Hadji isə açıqlamasında "Kəndlilərin göstərdiyi hörmətdən məmnunam, amma məni küçədə görəndə dəli olduğumu düşünərək üstümə daş atmaları məni çox kədərləndirir.."

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ