Nərimanovun icra başçısı Abşerona aparıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb.
Turkustan.az -ın məlumatına görə, ölkə başçısı Abdin Ələsgər oğlu Fərzəliyevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd eək ki,. Abdin Fərzəliyev 2003-cü ildən icra başçısı işləyir. O, həmin ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayında isə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.


MANŞET XƏBƏRLƏRİ