Sezen Aksunun mahnısı Türkiyəni ayağa qaldırdı - VİDEO


Dünən Beykozda Milli Beka Hərəkatı üzvləri Sezen Aksunun yeni "Şahane Bir Şey Yaşamak" adlı mahnısındakı "Salam olsun o cahil Adem ilə Həvva" sözlərə etiraz edib.

Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 nəfərlik qrup müğənniyə qarşı şüarlarını səsləndirib.

Yolda tıxac yaranacağından narahat olan polislər etirazçıları dərhal evin qarşısından uzaqlaşdırıb. Bundan sonra saat 20.30-da yaxınlıqdakı Kanlıca Meydanına toplaşan qrup Sezen Aksuya etiraz edərək mətbuata açıqlama verib. Kanlıca meydanında edilən açıqlamada sənətçinin mahnısındakı bəzi sözlərə etiraz edilib. Açıqlamadan sonra qrup rahat şəkildə dağılıb.

Açıqlama verən Milli Beka Hərəkatının sədri Murat Şahin toplaşmaqlarının səbəbini belə izah edib:

"Mahnıda "O cahil Adəm və Həvvaya salam olsun" sözlərinə görə, Sezen Aksuya etiraz edirik. İnsanlığın əcdadı olan İlk Peyğəmbər. Bəşəriyyətin əcdadı ilk peyğəmbər Hz. Adəm və Hz. Həvva Anamızın ictimai şəkildə alçaldılmasına cavab olaraq bu "Minik Cahil"in həddini bildirmək üçün toplaşmışıq".

Qeyd edək ki, sözügedən mahnı sosial şəbəkələrdə günlərdir müzakirə olunur.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ