Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

“Brent” markalı neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 87 dolları ötüb

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Turkustan.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 87,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 85,01 dollar olub.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.

Azərbaycan neftinin də qiyməti bahalaşmaqda davam edir. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 89,84 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 15-də ötən il rekordunu yeniləyərək 89,12 dollara satılıb.    /Ayna.az/


MANŞET XƏBƏRLƏRİ