Türkiyədə prezidentliyə namizədlərin şok siyahısı: Ərdoğana qarşı kimlər birləşib?


Türkiyədə yaranmış iqtisadi böhran fonunda yeni seçki müzakirələri aparıldığı bir zamanda ana müxalifət partiyası olan CHP-nin seçkilərdə iştirakla bağlı yeni siyahı hazırladığına dair məlumat yayılıb.

Turkustan.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə tanınmış jurnalist Əhməd Hakan paylaşım edib.

O , "Eşitdiyimə görə, CHP lideri Kamal Kılıcdaroğlu və qrupu prezidentliyə namizədlə bağlı xalqın qarşısına belə bir tablo ilə çıxmağı düşünürlər" ,-deyə yazıb.

Siyahı aşağıdakı kimidir:

Prezidentliyə namizəd: Kamal Kılıcdaroğlu

Prezidentliyə yardımçı namizəd: Meral Akşener (Baş nazir)

Prezidentliyə yardımçı namizəd: Əli Babacan (iqtiadiyyat)

Prezidentliyə yardımçı namizəd: Əhməd Davudoğlu (xarici işlər)

Prezidentliyə yardımçı namizəd: Təməl Qaramollaoğlu.

Hakan Əhməd "Bu siyahı tutarmı, tutmazmı? Bunun üzərində düşünürəm. Yalan deməyəcəyəm, fikirlərim bu məsələdə qarışıqdır. Bəzən "Vitrinə bax, nə istəsən var. Birini bəyənməsən, digəri var. Hərkəsə xitab edən bir ad var",-deyərək tuta biləcəyini düşünürəm. Bəzən də "Hamısı birləşmiş, Ərdoğan tək. Əhali bu cur birlikləri sevməz. Hər biri bir tərəfə çəkər deyə düşünər", -deyərək tutmaya biləcəyini düşünürəm",-yazıb. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ