Paşinyan qərar imzaladı - Dəmiryolu xətti bərpa ediləcək


Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.

Turkustan.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, işçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə fəaliyyət göstərəcək və onun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Baş nazirə məlumat verəcək.

Bildirilib ki, 10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək. (publika.az)


MANŞET XƏBƏRLƏRİ