Alimpaşa Məmmədovdan yeni xəbər: Həbsdə namaza başlayıb...


Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov saxlanılma şəraitindən razıdır.

Turkustan.az xəbər verir ki, bu barədə İşgəncələrə Qarşı komitənin sədri Tural Hüseynov məlumat verib.

"DTX təcridxanasında Şəmkirin keçmicra başçısı Alimpaşa Məmmədovla da görüşdük. O, saxlanma şəraitindən heç birnarazılıq ifadə etmədi. Namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir", - deyə sədr bildirib.

Qeyd edək ki, Alimpaşa Məmmədov ötən il aprelin 29-da DTX tərəfindən saxlanılmışdı. Sabiq icra başçısı mənimsəmə, küllü miqdarda rüşvət alma, vəzifələrindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ