David Sassoli uzun sürən xəstəlikdən sonra vəfat edib


Avropa Parlamentinin sədri David Sassoli uzun sürən xəstəlikdən sonra vəfat edib.

2014- cü ildən Avropa Parlamentinin sədr müavini, 2019- cu ildən isə Avropa Parlamentinin sədri vəzifələrində işləmiş David Sassoli həm də daha əvvəl öz ölkəsində tanınmış jurnalıst olub. David Sassoli Avropa Parlamentində çalışdığı illərdə hadisələrə təmkinli və ədalətli yanaşması ilə bütün Avropa ölkələrində vətəndaşların rəğbətini qazanmışdı.

Mərhumun ailə üzvlərinə, yaxınlarına və AP üzvlərinə Başsağlığı verir və onların kədərini bölüşdüyümüzü bildiririk.

Cavanşir Feyziyev

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri


MANŞET XƏBƏRLƏRİ