Əlimərdan bəy Topçubaşovun dünyagörüşündə milli dövlətçilik


No description available.

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

II Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əlimərdan bəy Top­çu­ba­şo­vun 1900-cü il­lər­də irə­li sür­dü­yü mil­li-mə­də­ni mux­ta­riy­yə­tin da­va­mı ola­raq 1910-cu iilər­də mil­li mə­hə­li mux­ta­riy­yət ide­ya­sı gün­də­mə gəl­miş­dir. Mil­li-mə­həl­li mux­ta­riy­yət ide­ya­sı­na əsas­la­nan Azər­bay­can türk­çü­lü­yü ide­ya­sı­nın ya­ran­ma­sın­da isə 1910-cu il­lər­də dün­ya­da və Qaf­qaz­da baş ve­rən mü­hüm ha­di­sə­lər (Bal­kan mü­ha­ri­bə­si, 1-ci dün­ya mü­ha­ri­bə­si, 2-ci rus bur­jua in­qi­la­bı və s.) və bir sı­ra di­gər amil­lər (mil­li özü­nü­dərk, in­qi­la­bi ide­ya­la­rın güc­lən­mə­si, çar Ru­si­ya­sı­nı əsa­rə­ti al­tın­da olan müx­tə­lif xalq­la­rın azad­lıq hə­rə­ka­tı və s.) mü­hüm rol oy­na­mış­dı. Məhz bu ta­ri­xi olay­la­rın və mil­li azad­lıq hə­rə­kat­la­rı­nın tə­si­ri al­tın­da Azər­bay­can­da­kı mil­li ruh­lu is­lam­çı­lar-türk­çü­lər, li­be­ral­lar və in­qi­lab­çı­lar va­hid əqi­də ət­ra­fın­da bir­lə­şə­rək mil­li və müs­tə­qil tak­ti­ka yü­rüt­mə­yə baş­la­mış­lar. Bu dövr­də­ki ha­di­sə­lə­rin ge­di­şi isə ide­ya ba­xım­dan mil­li li­be­ral­la­rın və türk­çü­lə­rin, tak­ti­ka ba­xı­mın­dan isə mil­li in­qi­lab­çı­la­rın (mark­sist­lə­rin) düz­gün yol tut­du­ğu­nu təs­diq et­miş­di. M.B.Məm­məd­za­də ya­zır: ""İt­tii­faq­çı­lar"ın li­be­ral mil­lət­çi­lik tak­ti­ka­sı məğ­lu­biy­yə­tə uğ­ra­mış­dı. Ha­di­sə­lər in­qi­lab­çı mil­lət­çi­lə­rə haqq ve­rir­di. Türk­lər mil­li haq­la­rı­nı, mil­li var­lıq­la­rı­nı sa­vaş­da qa­za­na bi­lə­cək­lər­di. İn­qi­la­bi tak­ti­ka­nı se­çən mil­lət­çi­lər ideo­lo­ji ba­xım­dan it­ti­faq­çı­la­rın mil­li mə­sə­lə­də­ki ideo­lo­gi­ya­sın­dan fərq­li bir ideo­lo­gi­ya iz­lə­mir­di­lər. On­lar ina­nır­dı­lar ki, ça­rizm yı­xıl­ma­dıq­ca, türk­lər di­gər əsir mil­lət­lər­lə bir­lik­də si­ya­si haqq və hür­riy­yə­tə ma­lik ol­ma­dıq­ca bu proq­ra­mın tət­bi­qi qey­ri-müm­kün­dür".[1]

Ə.Top­çu­ba­şov hə­lə, ilk vaxt­lar­dan da­ha çox Ru­si­ya mü­səl­man­la­rı­nın mil­li-mə­də­ni mux­ta­riy­yə­ti və di­gər azad­lıq­la­rı uğ­run­da mü­ba­ri­zə apar­dı­ğı üçün, 1910-cu il­lər­də də da­ha çox bu is­ti­qa­mət­də fəa­liy­yə­ti­ni da­vam et­dir­miş­dir. Be­lə ki, 1914-cü ilin iyun ayın­da ke­çi­ri­lən Ru­si­ya mü­səl­man­la­rı­nın 4-cü qu­rul­ta­yın­da iş­ti­rak edən Ə.Top­çu­ba­şov "Mü­səl­man ru­ha­ni təh­sil mü­əs­si­sə­si – məd­rə­sə­lə­rin ya­ra­dıl­ma­sı­nın əsas mə­sə­lə­lə­ri" ad­lı sə­nəd ha­zır­la­mış və bu sə­nəd qu­rul­ta­yın ge­di­şin­də mü­za­ki­rə­yə təq­dim edil­miş­dir. C.Hə­sən­li ya­zır: "Ora­da məz­həb fərq­lə­rin­dən ası­lı ol­ma­ya­raq di­yar­da (Za­qaf­qa­zi­ya­da – F.Ə.) va­hid məd­rə­sə sis­te­mi­nin ya­ra­dıl­ma­sı nə­zər­də tu­tu­lur­du. Sə­nəd­də bu məd­rə­səs­lə­rin ha­ra­da açıl­ma­sı və Şi­ma­li Qaf­qa­zın bu­ra da­xil edi­lib-edil­mə­mə­si açıq sax­la­nı­lır­dı... Bu sə­nəd­lə ya­na­şı Əli­mər­dan bəy uzun müd­dət üzə­rin­də iş­lə­di­yi mü­səl­man se­mi­na­ri­ya­sı­nın təx­mi­ni proq­ra­mı­nı da tək­mil­ləş­di­rib mü­za­ki­rə­yə təq­dim et­miş­di... Əli­mər­dan bə­yin qu­rul­ta­yın mü­za­ki­rə­si­nə təq­dim et­di­yi ikin­ci mü­kəm­məl sə­nəd "Ru­si­ya im­pe­ri­ya­sı mü­səl­man­la­rı­nın di­ni iş­lə­ri­nin ida­rə edil­mə­si haq­qın­da əsas­na­mə" la­yi­hə­si idi. Bu la­yi­hə bir hü­quq­şü­nas ki­mi Əli­mər­dan bə­yin ço­xil­lik zəh­mə­ti­nin nə­ti­cə­si idi. La­yi­hə­dən mə­lum olur ki, o, is­lam di­ni, onun ta­ri­xi, şə­ri­ət qay­da­la­rı, mü­səl­man hü­qu­qu haq­qın­da ge­niş bil­gi­yə ma­lik ol­muş­dur".[2]

Doğ­ru­dan da, hə­min qu­rul­tay­da­kı ye­kun sö­zün­də Top­çu­ba­şov Çar­lı­ğın is­lam­lı­ğa və türk­lü­yə olan qəd­dar si­ya­sə­ti­nin iç üzü­nü bir da­ha açıb gös­tər­miş­dir. O, de­yir­di ki, on­suz da mü­səl­man xalq­la­rı­nın prob­le­mi hər kə­sə, o cüm­lə­dən də rus hö­ku­mə­ti­nə bəl­li­dir. An­caq rus hö­ku­mə­ti bu prob­lem­lə­ri həll et­mək əvə­zi­nə dai­ma mü­səl­man­la­ra, o cüm­lə­dən mü­səl­man türk­lə­rə eti­mad­sız­lıq gös­tər­miş, bi­ga­nə mü­na­si­bət bəs­lə­miş­dir. Onun fik­rin­cə, rus hö­ku­mə­ti­nin on­la­ra bu cür mü­na­si­bət bəs­lə­mə­lə­ri­nin baş­lı­ca sə­bə­bi mü­səl­man və türk ol­ma­la­rı­dır.[3]

1917-ci il fev­ra­lın­da ger­çək­lə­şən ikin­ci Ru­si­ya bur­jua in­qi­la­bın­dan son­ra ya­ra­nan Ba­kı Mü­səl­man Mil­li Şu­ra­sı­nın Mü­vəq­qə­ti İc­ra­iy­yə Ko­mi­tə­si­nin rəh­bər­lə­rin­dən bi­ri olan Ə.Top­çu­ba­çov "Cə­nu­bi Qaf­qa­zın mü­səl­man əha­li­si­nin di­ni iş­lə­ri­nin qu­rul­ma­sı və ida­rə edil­mə­si­nin va­cib mə­sə­lə­lə­ri" ad­lı sə­nəd ha­zır­la­mış­dır. Bu sə­nəd­də gös­tə­ri­lir­di ki, mü­səl­man­la­rın di­ni, maa­rif və ida­rə­çi­lik or­qan­la­rı tə­ci­li ola­raq qay­da­ya sa­lın­ma­lı, on­la­rın seç­ki əsa­sın­da kol­le­gi­al or­qan­la­ra çev­ril­mə­si hə­ya­ta ke­çi­ril­mə­li, vəqf mül­kiy­yə­ti qu­ber­ni­ya və şə­hər­lə­rin mü­səl­man əha­li­si­nin ix­ti­ya­rım­na ve­ril­mə­li, on­lar bu mül­kiy­yə­ti ida­rə et­mək üçün on iki nə­fər yer­li mü­səl­man nü­ma­yən­də­dən iba­rət ko­mis­si­ya­lar tə­sis et­mə­li­dir­lər. "Xal­qın eti­ma­dı­nı qa­zan­maq üçün Əli­mər­dan bəy be­lə he­sab edir­di ki, mü­əy­yən müd­də­tə bü­tün di­ni və­zi­fə­lər – ru­ha­ni ida­rə­si­nin səd­ri və məc­li­si, o cüm­lə­dən şey­xü­lis­lam, müf­ti, qaı, mol­la. əfən­di və sa­ir seç­ki əsa­sın­da for­ma­laş­dı­rıl­ma­lı, mə­nə­vi key­fiy­yət­lə­ri və təh­sil sə­viy­yə­si nə­zə­rə alın­ma­dan köh­nə hö­ku­mət tə­rə­fin­dən tə­yin edil­miş bü­tün ru­ha­ni şəxs­lər tut­duq­la­rı və­zi­fə­lər­dən kə­nar­laş­dı­rıl­ma­lı­dır­lar".[4]

Qaf­qaz Mü­səl­man­la­rı­nın Ba­kı­da ke­çi­ri­lən 1-ci qu­rul­ta­yın­da fə­al iş­ti­rak edən Top­çu­ba­şov bu­ra­da­kı çı­xış­la­rın­da Çar­lı­ğın "par­ça­la və hökm sür" si­ya­sə­ti və bu­nun Ru­si­yas mü­səl­ma­nal­rı­na olan mən­fi tə­za­hür­lə­rin­dən bəhs et­miş­dir: "Qaf­qaz mü­səl­man­la­rı­nın bu­gün­kü qu­rul­ta­yı ötən yüz il ər­zin­də bi­rin­ci xalq qu­rul­ta­yı­dır ki, bu­ra­da Qaf­qaz mü­səl­man­la­rı­nın azad sö­zü eşi­di­lə­cək. Bu qu­rul­tay gə­rək Qaf­qa­zın keç­miş ta­ri­xi əzə­mə­ti­ni bər­pa et­sin. Keş­miş rus hö­ku­mə­ti­nin Ru­si­ya­da məs­ku­laş­mış rus ol­ma­yan xalq­la­ra qar­şı ye­rit­di­yi si­ya­sət ay­rı-seç­ki­lik və on­la­rı bir-bi­ri­nə qar­şı qoy­maq si­ya­sə­ti idi. Ya­xın keç­miş­də azər­bay­can­lı­lar və er­mə­ni­lər ara­sın­da­kı qar­şı­dur­ma­nı an­caq in­san­lı­ğa zidd olan düş­mən­cə­si­nə bir si­ya­sət­lə izah edə bi­lə­rik. Əgər mü­səl­man­lar və on­la­rın ar­dın­ca Qaf­qa­zın di­gər bü­tün xalq­la­rı hə­qi­qə­tən azad­lıq və ye­ni­ləş­mə yo­lu ilə get­mək is­tə­yir­lər­sə, on­da on­lar Məc­li­si-Mü­əs­si­sa­na or­taq ar­zu və ide­al­lar­la bir­lik­də get­mə­li­dir­lər".[5]

Top­çu­ba­şov hə­min ilin ma­yın­da Mosk­va­da ke­çi­ri­lən Ru­si­ya Mü­səl­man­la­rı­nın qu­rul­ta­yın­da da iş­ti­rak et­miş­dir. O, qu­rul­tay­da çı­xış edə­rək Çar Ru­si­ya­sı­nın in­di­yə qə­dər mü­səl­man xalq­la­ra qar­şı yan­lış və qəd­dar si­ya­sət yü­rüt­dü­yü­nü bil­dir­miş­dir: "Bu vax­ta qə­dər be­lə tə­səv­vür edi­lir­di ki, mü­səl­man­la­ra mol­la ilə məs­cid ver, on­lar bun­dan ar­tıq bir şey is­tə­məz­lər. La­kin in­di be­lə de­yil­dir. "Mü­səl­man" ifa­də­si din məf­hu­mu­nu an­lat­sa da, təc­rü­bə və mə­na­ca mil­lət məf­hu­mu­na ma­lik ol­muş­dur. mü­səl­man­lar mü­səl­man adı­na tə­ləb et­dik­lə­ri mad­də­lər­də mil­li tə­ləb­lə­ri­ni is­tə­miş olur­lar. Əl­bət­tə ki, mux­ta­riy­yıt mə­sə­lə­si­ni Mü­əs­sis­lər Məc­li­si həll edə­cək­dir. La­kin hö­ku­mət in­di­dən bil­mə­li­dir ki, mü­səl­man­lar din və mil­lət iş­lə­ri­nə aid mə­sə­lə­lər­də mux­tar ol­ma­lı­dır­lar, öz­lə­ri öz mü­qəd­də­rat­la­rı­nı həll et­mə­li­dir­lər. Qoy hö­ku­mət əli­miz­dən alı­nan vəqf yer­lə­ri­ni qay­tar­sın. O za­man biz mil­li mək­təb və eh­ti­yac­la­rı­mı­zı özü­müz tə­min edə bi­lə­rik. Biz, şüb­hə­siz ki, Mü­əs­si­sə­lər Məc­li­si­ni göz­lə­yə­cə­yik. Fə­qət ora­ya öz mux­ta­riy­yə­ti­mi­zi tə­ləb et­mək üçün ha­zır­la­şıb ge­də­cə­yik".[6]Ə.Top­şu­ba­şı onu da bil­dir­di ki, Ba­kı­da ke­çi­ri­lən Qaf­qaz mü­səl­man­la­rı­nın 1-ci qu­rul­ta­yın­da sün­ni və şiə məz­həb­lə­ri ara­sın­da bü­tün prob­lem­lər ara­dan qal­dı­rıl­mış­dır. Onun fik­rin­cə, bu cür dü­şün­cə Ru­si­ya mü­səl­man­la­rı, bü­töv­lük­də İs­lam dün­ya­sın­da da ol­mal­dır.

Biz­cə, o, Ru­si­ya mü­səl­man­la­rı ara­sın­da vax­ti­lə tut­du­ğu mü­hüm möv­qe­yi­nin nə­ti­cə­si ola­raq 1918-1920-ci il­lər­də möv­cud ol­muş Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin par­la­ment səd­ri se­çil­miş­di. O, Azər­bay­can Cüm­hu­riy­yə­ti­ni dün­ya döv­lət­lə­ri­nə ta­nıt­maq üçün par­la­ment səd­ri, ey­ni za­man­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri ki­mi əv­vəl­cə Tür­ki­yə­yə, or­dan da Fran­sa­ya get­miş­di. "Hə­lə 1918-ci ilin sent­yab­rın­da İs­tan­bu­la gə­lən Əli­mər­dan bəy Top­çu­ba­şov Azər­bay­ca­nın möv­cud­lu­ğu, əha­li­si­nin sa­yı, tər­ki­bi, ha­zır­kı du­ru­mu, mil­li müs­tə­qil­li­yi­ni elan et­mə­si ilə bağ­lı me­mo­ran­du­mu müx­tə­lif döv­lət­lə­rin bu­ra­da­kı nü­ma­yən­də­lə­ri­nə təq­dim et­miş­di".[7]

Hə­min me­mo­ran­dum əsa­sın­da 1919-cu il­də qə­lə­mə al­dı­ğı "Azər­bay­can Cüm­hu­­riy­­yə­ti­nin ya­ra­dıl­ma­sı" əsə­rin­də Topş­çu­ba­şov qaf­qaz­çı­lıq ide­ya­sı­nı dəs­tək­lə­di­yi­ni də ifa­də et­miş­dir. O, ya­zır­dı ki, Gü­ney Qaf­qa­zın üç ulu­su (türk­lər, gür­cü­lər və er­mə­ni­lər) İs­veç­rə Res­pub­li­ka­sın­da ol­du­ğu ki­mi kon­fe­de­ra­si­ya əsa­sı­na da­ya­nan or­taq bir si­ya­si ya­şa­ma or­ta­ya qo­ya bi­lər: "Kon­fe­de­ra­si­ya qu­ru­lu­şu dü­şün­cə­si Gü­ney Qaf­qaz­da ol­duq­ca ge­niş ya­yıl­mış­dır. Bu dü­şün­cə 1918-ci il ap­re­lin 9-da bü­tün Gü­ney Qaf­qa­zın ba­ğım­sız­lı­ğı­nın bil­di­ril­mə­si, öl­kə­də bir yö­nə­tim ya­rat­mış Ağa­lı­ğın ya­ra­dıl­ma­sı ilə söz­dən işə keç­di. Bu ba­xış in­di də ya­şa­maq­da olub, is­tə­yən­lə­ri ara­sın­da er­mə­ni­lə­rin, gür­cü­lə­rin, azər­bay­can­lı­la­rın or­ta-li­be­ral­la­rı, ulu­sal­çı par­ti­ya­la­rı ilə ya­na­şı Gü­ney Qaf­qa­zın bü­tün el­lə­ri­nin bir­ləş­mək is­tə­yən so­si­al-de­mok­rat par­ti­ya­la­rı da bu­lun­maq­da­dır".[8]

Ə.Top­çu­ba­şo­vun baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti bir müd­dət İs­tan­bul­da qal­dıq­dan son­ra Ver­sa­la yo­la düş­müş­dü. Ver­sal sülh konf­ran­sın­da baş­lı­ca ola­raq Al­ma­ni­ya ilə sülh ni­zam­lan­ma­sı nə­zər­də tu­tul­sa da, əv­vəl­dən bö­yük döv­lət­lə­rin li­der­lə­ri "rus mə­sə­lə­si­ni" mü­za­ki­rə­yə baş­la­dı­lar. Top­çu­ba­şov ya­zır­dı: "Elə bu­na gö­rə də bü­tün ağır­lı­ğı­na bax­ma­ya­raq An­tan­ta­nın mü­na­si­bə­ti bi­zi hal­dan çı­xar­mır­dı, qar­şı­ya qoy­du­ğu­muz məq­sə­də - Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nə çat­maq yo­lun­da zə­ru­ri say­dı­ğı­mız, özü­mü­zə borc bil­di­yi­miz ad­dım­la­rı at­maq­dan çə­kin­dir­mir­di. Biz mi­sil­siz ne­mət say­dı­ğı­mız bu bö­yük sər­və­tə - müs­tə­qil­li­yə na­il ol­maq yo­lun­da heç nə­dən çə­kin­mə­mi­şik və çə­kin­mi­rik. Mən əv­vəl­lər də Si­zə yaz­mış­dım - in­di elə bir yo­la ge­di­rik ki, ve­rə­cə­yi­miz heç bir qur­ban bi­zi bu yol­dan çə­kin­dir­mə­yə­cək­dir".[9]


[1]Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.36

[2]Cəmil Həsənli. Tarixi şəxsiyyətin tarixi: Əlimərdanbəy Topçubaşov. Azərbaycan Diplomatik Akademiyası, Bakı, 2013, s.223

[3]Yenə orada, s.225-226

[4]Yenə orada, s.239

[5]Kaspi qəzeti, 1917-ci il, 18 aprel

[6]Açıq söz qəzeti, 1917-ci il, 23 may

[7]TopçibaşevE.M. Memorandum. Baku: Azerbaydjan, 1993, 17-18

[8]Topçubaşi Ə.M. Azərbaycan Cümhuriyyətinin yaradılması. Bakı, 2013. s.54-55

[9]Topçubaşov Ə. Paris məktubları, Bakı, Azərnəşr, 1998, s.96


MANŞET XƏBƏRLƏRİ