C. Avq 23rd, 2019

Türkiyəli jurnalist Əli Kamalın nəticəsi Böyük Britaniyanın baş naziri oldu – Consonun nəsil şəcəsəri və həyat yolu

Babası kimi jurnalistika ixtisasını seçib və daha sonra siyasətə atılıb

Böyük Britaniyanın hakim Mühafizəkarlar parityasının lideri və ölkənin yeni baş naziri bəlli olub. Bu 55 yaşlı Boris Consondur.

Onun həyatı ilə bağlı bir çox maraqlı məqamlar mövcuddur. Bunlardan ən əsası britaniyalı dövlət adamının əslinin Osmanlı olması ilə bağlıdır.

Boris Conson 1964-cü ildə Nyu-Yorkda anadan olub.

Onun ata tərəfdən ulu babası türk jurnalisti Əli Kamal bəydir. Əli Kamalın əsli Türkiyənin Çankırı vilayətini Orta rayonundandır.

İstanbulda və Avropada ali təhsil aldıqdan sonra ictimai həyata atılan Əli Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub.

1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir.

Картинки по запросу ali kemal bey

Gənc jurnalist xanımı öldükdən sonra İstanbula geri dönür. Əli Kamal bəy burada jurnalistlik fəaliyyəti ilə yanaşı, siyasətlə də məşğul olur. Qatı ingilispərəst baxışlara sahib olan Əli Kamal damad (kürəkən) Fərid paşanın hökumətində təhsil naziri və daxili işlər naziri postlarını tutub. Sonuncu vəzifəsində Türkiyənin gələcək lideri Mustafa Kamal paşa və yeni yaranan Kuvayi-Milliye adı ilə bilinən azadlıq hərəkatına qarşı kəskin mövqe tutur və onun həbs əmrini verir. Bu dövrlərdə Əli Kamalın ermənilərə simpatiya bəsləməsi xalq arasında ona ikrahla “Artın Kamal” ismi qoyulmasına gətirib çıxarır. Belə ki, Əli Kamal İstanbulda ermənilərlə, əsasən də Mehran adlı dostu ilə oturub-durur, Qarsı ermənilərdən geri alan Mustafa Kamal paşanı qəzetində təhqir edirdi.

Elə onun müxtəlif qəzetlərdə hərəkat liderlərinə qarşı yazılarına görə xüsusi əmrlə Ankara hökumətinin qurduğu Təşkilati-mahsusa”nın (Xüsusi xidmət orqanı) əməkdaşları tərəfindən İstanbulda bir bərbərxanada ələ keçirilir. İzmir bölgə komandanı Saqqallı Nurəddin paşaya təslim edilən Əli Kamal burada gənc zabitlər tərəfindən 1922-ci ilin noyabr ayının 6-da vəhşicəsinə öldürülür.

Atasının ölümündən sonra Osman Böyük Britaniyaya, qohumlarının yanına qaçır. Sonradan Osmana Wilfred (Vilfrid) adı da verilir və o nənəsinin Conson soyadını götürür. Vilfrid Conson daha sonra İren Uilyamsla evlənir. Onların Stenli adlı oğlu dünyaya gəlir Stenli Conson Böyük Britaniiyanın Mühfizəkarlar partiyasının fəal üzvlərindən olur. Onu ölkəsini Avropa Parlamentində təmsil etdiyi də bilinməkdədir. Boris Conson həmin Stenli Consonun oğludur.

 

Əli Kamalın İstanbuldakı ikinci evliliyindən dünyaya gələn Zeki Küneralp cümhuriyyət dönəminin tanınmış diplomatlarından olub. Isveçrədə təhsil alan Zeki Küneralp İsmət İnönünün dəvəti ilə vətəninə geri dönüb. Daha sonra peşəkar diplomat olan Zeki Küneralp Türkiyənin müxtəlif dönəmlərdə Fransa (1956-1957), İsveçrə (1960-1964), Böyük Britaniya,(1964-1966) və İspaniya (1972-1979) səfiri olub. Bir müddət Xarici İşlər Nazirliyinin aparatına da rəhbərlik edib.

Картинки по запросу zeki küneralp

Zeki Küneralp

1978-ci ildə Zəki Küneralpın xanımı Necla Küneralp, bacanağı diplomat Bəşir Balçıoğlu və sürücüləri Antonio Torres erməni terror təşkilatı ASALA nın 3 üzvü tərəfindən açılan atəşlə öldürülür. Yəni, ermənipərəst “Artın Kamal”ın gəlini erməni terrorçularının qurbanına çevrilir.

Картинки по запросу necla küneralp  ASALA

Zeki Küneralpın oğlu Səlim Küneralp da (1951) peşəkar diplomatdır və yüksək vəzifələrdə yer alıb.

Maraqlıdır ki, Boris Consonun özü də jurnalist və diplomat fəaliyyətini birləşdirən siyasətçi olub.

Gənc yaşlarından Böyük Britaniyanın prestijli məktəblərində təhsil alan Boris Conson Oksford universitetinin Balliol kollecinin məzunudur. 1983-1984-cü illərdə onu zadəganların yer aldğı Ballinqdon klubuna üzv edirlər. Burada o, şahzadə Diananın qardaşı Çarlz Spenser, gələcək baş nazir Devid Kameronla tanış olur.

Картинки по запросу boris johnson bullingdon club

Boris Conson iş həyatına 1987-ci ildə “Daily Telegraph” qəzetində başlayır. Bu qəzetdə o, aparıcı siyasi analitik və baş redaktorun müavinliinə qədər yüksəlir.

2001-ci ildə Boris Conson Mühafizəkarlar parityasından Henli dairəsindən İcmalar palatasına deputat seçilir. 2004-cü ildə o, müxalifətin kölgə kabinetində mədəniyyət naziri olur.

2007-ci iln martında Boris Conson London merliyi uğrunda mübarizəyə qatıldığını bəyan edir və 2008-ci ilin mayın1-də keçirilən seçkilərdə qlaib gəlir. O, bu vəzifəsini 2012-ci ildə ikinci dəfə qələbə qazanaraq sürdürür. Boris Consonun 2012 Londonda keçirilən Yay olimpiyadasındakı təşkilatçılıq qabliyyəti yüksək qiymətləndirilib.

Картинки по запросу boris johnson london mayor victory 2008

2015-ci ilin may ayının 7-də keçirilən seçkilərdə İcmalar palatsının deputatlığına seçilən Boris Conson mer postunu da qoruyub saxlayır.

Boris Conson həmin dövrdən başlayaraq Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün “Breksit” kampaniyasının ən aktiv üzvlərindən birinə çevrilir. Breksitdən sonra iyulun ayının 13-də o, baş nazir Tereza Mey tərəfindən xarici işlər nazir vəzifəsinə təyin edilir. 2018-ci ilin iyulun 9-da isə hökumət başçısı ilə “Breksit” anlaşması ilə bağlı ziddiyyətə düşməsi səbəbindən vəzifəsindən istefa edir.

Картинки по запросу boris johnson brexit

Beləliklə, Böyük Britaniya tarixində ilk dəfə türk əsilli baş nazir hakimiyyətdədir. Onun çox da yaxşı münasibətdə olmadığı deyilən Tayyip Ərdoğan hökuməti ilə bundan sonra hansı siyasət izləyəcəyi indidən maraq doğurur. (musavat.com)