C. Avq 23rd, 2019

Şok gəlişmə: MDB məkanında yeni münaqişə? – İki dövlət üz-üzə

Qırğızıstan-Tacikistan sərhədində ölümlə nəticələnən insident baş verib.

Turkustan.info xəbər verir ki, sərhəddə silahlı qarşıdurma zamanı bir Tacikistan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb.

Olayda Qırğızıstan tərəfdən 14 nəfər odlu silahlardan açılan atəş nəticəsində yaralanıb.

Yaralılar arasında 6 polis, 2 hərbçi, 1 gömrük əməkdaşı var.

Qırğızıstan tərəfinin iddiasına görə, olay anlaşılmazlıq səbəbindən baş verib. Sərhəddə yerləşən Vorux adlı tacik kəndinin sakinləri kəndin girişinə bayraq asmaq istəyərkən, Aksay adlı qırğız kəndinin sakinləri buna etiraz edib.

Qarşılıqlı ittihamlarla başlayan mübahisə odlu silahların işə düşməsi ilə nəticələnib.

Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin rəsmiləri olay yerindədir.  /Teleqraf.com/