C. Avq 23rd, 2019

Prezident Murad Köhnəqalaya ev verdi

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya ev verib.

Bu barədə M.Köhnəqala feysbuk hesabında məlumat verərək ölkə başçısına təşəkkürünü bildirib:

“Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə tapşırıq verib. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!”