C. Avq 23rd, 2019

Hacı Əbdüldən şok açıqlama: “Vəzifəlilər əsasən içki və narkotikə görə tövbə etməyə gəlir”

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması hələ də müzakirə olunur. 

Keçmiş nazirin vəzifədən çıxarılandan sonra imana gəlməsi və namaz qılması barədə xəbərlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Vaxtilə yüksək post tutan, sonradan vəzifəsindən çıxarılan şəxslərin günahlarının bağışlanması üçün ibadətlə məşğul olduğunu düşünənlər var və buna misal kimi Ziya Məmmədovun son çıxışı göstərilir.

Maraqlıdır, vəzifəli şəxslər arasında tövbə edənlər varmı? 

“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül vəzifəli şəxslərin onun yanına gəldiyini təsdiqləyib: “Onların sayını demək üçün gərək jurnalı açım, amma indi təəssüf ki, buna imkanım yoxdur. Amma aralarında tanınmışlar və vəzifəlilər olub. Bu şəxslər ən çox içki və narkotik qəbuluna görə tövbə etməyə gəliblər. Hazırda da yanımda tövbə üçün Nihad Məmmədov adlı vəzifəli şəxs var”. 

Hacı Əbdülün adını çəkdiyi Nihad Məmmədov isə Cebhe.info-ya tövbəsinin səbəbini belə açıqlayb: “Zamanında içki içirdim, indi isə tövbə etməyə gəlmişəm. Baxım, görüm prosedur necə gedəcək. Hələ indi başlamışıq”. (cebhe.info)