C. Avq 23rd, 2019

“Bax, onda Ağdamı alacağıq” — Aqil Abbas

“Bu gün Ağdamın işğalını yad etmək üçün Şəhidlər Xiyabanına toplaşmışdıq. Ora təkcə ağdamlılar deyil, Qarabağın və respublikanın müxtəlif bölgələrindən insanlar ziyarətə gəlmişdi. Hamı bir-birinə başsağlığı verirdi. Mənsə dedim ki, ölən Ağdam deyil, ölən bizik. Nə zaman dirilsək, gedib Ağdamı və digər rayonları işğaldan azad edəcəyik”.

Bu fikirləri millət vəkili Aqil Abbas Ağdamın işğalından danışarkən səsləndirib. A.Abbas bildirib ki, Ağdam, Qarabağ hələ ki hamımızın deyil:

“Diriləcəyimiz günün dəqiq vaxtını bilmirəm. Amma nə zamansa diriləcəyik. Dirilən vaxtımız olacaq. Bax, onda  Ağdamı alacağıq və bizim olacaq. Bu gün Ağdam və Qarabağ hamının olmadığı üçün işğal altındadır. “Bu gün Ağdam, qarabağlıların, bir də o torpaqlar uğrunda şəhid verən bakılının, lənkəranlının, yardımlılının, qazaxlının, naxçıvanlı və digərlər şəhid verənlər rayonlarındır. Ancaq hələlik hamının deyil.  Qarabağ hamının olanda işğal altında olan torpaqlarımız bizim olacaq”. (olke.az)