C. Avq 23rd, 2019

ABŞ İrana qarşı koalisiya qurur – Pompeo

ABŞ Hörmüz boğazında patrul aparmaq üçün digər dövlətlərlə koalisiya qurur.

Turkustan.info xəbər verir ki, bunu “WFTV 9” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın yaratdığı koalisiyaya çoxlu sayda ölkənin qatıldığını bildirib:

“Biz İran rəhbərliyinin davranışının dəyişdirilməsi üzərində çalışır, Hörmüz boğazında dəniz yollarının açıq qalması üçün patrul aparacaq koalisiya yaradırıq. Bu işdə bütün dünyadan ölkələr iştirak edəcək”.  /Axar.az/