C. Avq 23rd, 2019

ABŞ arzusuna çatdı – İRAN HÖRMÜZ HÖRÜYÜ İLƏ BOĞULACAQ…

İran ətrafında çəmbər kifayət qədər daralmaqdadır.

Poitoloq Məhəmməd Əsədullzadə Britaniya tankerinin tutulmasının İrana qarşı hansı aktivliklərə səbəb olacağına aydınlıq gətirib. Politoloq hesab edir ki, rəsmi Tehran heç bir kompromisə getməkdə maraqlı deyil:

“Hətta Hörmüz ətrafında Britaniya və digər ölkələrin neft tankerinə həmlələr etməklə prosesləri daha da qızışdırıcı mərhələyə aparır. Britaniya tankerinin həbsi və bunun ətrafında siyasi xal qazanması hesab edirəm ki, Britaniya və Avropanın da İrana qarşı sanksiyalar tətbiq etməsinə gətirib çıxaracaq. Hətta Avropa ölkələri İranla iqtisadi əlaqələri dondura da bilər. ABŞ onsuz da İrana qarşı Avropanın da onun yanında yer almasına çalışır”.

Politoloq qeyd edib ki, baş verənlər Vaşinqtonun İran konteksində maraqlarına  cavab  verir:

“İngiltərə Hörmüz boğazına sualtı atom gəmisini göndərməklə yanaşı zərbə qüvvələrini də oraya toplayır. Tehran gəmini azad etməsə, Londonla Vaşinqton birbaşa İrana hərbi müdaxilədə maraqlı olacaq. Tərəflər bir-birinin gəmisini həbs etməklə siyasi gərginliyi hərbi müstəviyə keçirə bilərlər. İran analoji addımlarını davam etdirsə, bu ölkəyə qarşı körfəzdə lokal hərbi əməliyyatlar keçirməyə başlayacaqlar”.

Politoloq vurğulayıb ki, artıq Vaşinqton Hörmüzdə patrul sistemini qurmaq istəyir:

“Bura İngiltərə və digər ölkələr də qoşulacaq. Baş verənlər Tehranın atacağı siyasi addımlardan asılı olacaq. Göründüyü kimi İran da Hörmüzdə qarşıdurmaya meyilli görünür. Fransa artıq bəyan edir ki, İranla sazişdə əvvəlki kimi istəkli deyil. Bu o deməkdir ki, İrana qarşı gərginlik hərbi müstəviyə daşınır”. (redaktor.az)