C. Avq 23rd, 2019

Külli miqdarda saxta dollar aşkarlandı

İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən aparılan növbəti əməliyyat nəticəsində 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Turkustan.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, saxta pullar bir cinayətkar dəstə tərəfindən dövriyyəyə buraxılarkən ələ keçirilib.

Faktla bağlı beş nəfər saxlanılıb. Saxlanılanların arasında FETÖ terror təşkilatının əməkdaşının da olduğu bildirilir.  /BakuPost/