Bz. Okt 20th, 2019

Azərbaycanda məmurun kabinetdən meyiti tapıldı

“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.

Turkustan.info “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.

Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.